Makronun seçkilərdə qalib gəlməsi Fransada etirazlara səbəb olub
25.04.2022
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri bəzi bölgələrdə etirazlara səbəb olub.
Bununla bağlı xarici mətbuat məlumat yayıb.
Bildirilib ki, Renn şəhərində ilkin Makronun qalib gəldiyi prezident seçkilərinin nəticələrinə etiraz edənlər barrikadalar qurmağa, tonqal yandırmağa başlayıblar.
Polis gözyaşardıcı qazla onları dağıtmağa çalışır.