Blinken ukraynalıları təbrik edib
24.04.2022
Ukraynadakı pravoslav xristianlara tezliklə sülhün bərqərar olmasını arzulayıram.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Ukraynadakı pravoslav xristianların Putinin amansız işğalçılıq müharibəsi qarşısındakı müqaviməti bizi ruhlandırır. Biz ukraynalıları dəstəkləməyə davam edirik və bu gün onlara və Pasxa bayramını qeyd edənlərə tezliklə sülh arzulayırıq”, - Blinken bildirib.