Rusiyada daş kömür şaxtasında partlayış olub, ölənlər var
23.04.2022
Rusiyanın Orenburq vilayətində, Qay şəhərində yerləşən kömür şaxtasında güclü partlayış olub.
Fövqəladə hallar xidmətindən verilən məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb. Partlayış vaxtı şaxtada 91 nəfər olub. Onlardan 88-i şaxtanı özü tərk edib.
Qeyd olunur ki, şaxtada, 1,2 km dərinlikdə partlayış planlaşdırılıbmış, amma partlayıcı qurğu hesablanan vaxtdan əvvəl işə düşüb.
Rayon prokuroru və köməkçiləri hadisə yerinə gediblər. Araşdırma aparılır.
Mənbə: RİA Novosti