İqtisadiyyatla bağlı yeni strategiya hazırlanıb - RƏSMİ
22.04.2022
"Biz 44 günlük müharibədən sonra ölkənin iqtisadiyyatının perspektivi barədə geniş təhlillər apardıq”.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycanda postmüharibə dövrü üçün iqtisadi prioritetlər müəyyənləşib. Onun sözlərinə görə, artıq 2022-2026-cı illər üçün strategiya hazırlanıb və onun qəbul edilməsi gözlənilir. Nazir müavini işğaldan azad edilmiş ərazilərə investisiyaların yatırılması üçün sistemli iş aparılır.
"Artıq bizim üçün müəyyəndir ki, regionun hansı sahəsi necə inkişaf edəcək. Məsələn, Cəbrayıl bizim logistik məkan olacaq. Kəlbəcərdə turizm inkişaf etdiriləcək. Şuşa isə mədəniyyət baxımından inkişaf etdiriləcək”, - deyə o əlavə edib.