0:50:07 07 04 2025-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Ermənistan müxalifəti aprelin 25-dən kütləvi etirazlara başlayacaq

22.04.2022

Ermənistan müxalifəti aprelin 25-dən hökumətə qarşı aktiv etiraz aksiyalarına başlayacaq.

"DM" "news.am”a istinadən xəbər verir ki, bunu "Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan bildirib. O, deyib ki, başlanacaq genişmiqyaslı etiraz aksiyalarına "Ermənistan” blokunun nümayəndələri də qoşulacaq.

A.Vanetsyanın sözlərinə görə, əsas tələblər: hakimiyyətin istefası, dövlətçiliyin bərpası və gücləndirilməsi, təhlükəsizlik problemlərinin həlli və əhalinin rifahının yaxşılaşdırılması olacaq.

"Təsəvvür etməzdim ki, aksiyamız insanların şüuruna bu qədər ciddi təsir göstərəcək. Nikol və onun komandası Ermənistanın maraqlarına zidd hərəkət etdi. Xalq deyir ki, Azərbaycana hər hansı güzəştdən söhbət gedə bilməz. Bu, siyasi aksiya deyil, vətəndaş mübarizəsidir”, o deyib.