Şarl Mişel və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
22.04.2022
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Cənubi Qafqazdakı son vəziyyəti müzakirə edib.
"DM” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasından bildiriblər.
Bildirilib ki, tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən də danışıblar.
Məlumata görə, Şarl Mişel Azərbaycan və Ermənistan liderilərinin səylərinin iki ölkə arasında sülh razılaşmasına doğru hərəkətin göstəricisi deyib.