İtaliyada TAP-la bağlı müzakirələr təxirə salındı
12.09.2018
İtaliya Deputatlar Palatası Trans Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə müzakirələri gələn həftəyə qədər təxirə salıb.
Report-un məlumatına görə, bununla da İtaliyanın baş naziri Güzeppe Konti yalnız gələn həftə hökumətin qaz kəmərinin tikintisi ilə bağlı niyyətinə, onun infrastrukturunun həyata keçirilməsi perspektivlərinə aydınlıq gətirə biləcək.
Əvvəlcədən C.Kontinin TAP ilə bağlı deputatların suallarını bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 17:00-da) cavablandıracağı güman edilirdi.
Qeyd edək ki, C.Kontinin hökumətin layihə ilə bağlı mövqeyini açıqlaması təşəbbüsünü ilk olaraq "Beş ulduz" hərəkatının dəstəyi ilə İrəli İtaliya Partiyası irəli sürüb.
Xatırladaq ki, bu ilin yayında C.Konti ABŞ prezidenti Donald Trampla ikitərəfli görüşü zamanı TAP layihəsini İtaliya və Aralıq dənizi regionuna enerji təchizatı istiqamətində strateji iş adlandırıb.