Şmıqal : Ukraynaya 600 milyard dollar lazımdır
22.04.2022
Müharibədən sonra Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır.
"DM"xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
"Limanlar blokadaya alındı, fabriklərə hücumlar edildi, əkin pozuldu, şəhərlər dağıdıldı. Bütün bunlar Ukrayna iqtisadiyyatını məhv etmək planının tərkib hissəsidir. Artıq itkilər 500 milyard dollardan çoxdur. Ukraynaya ayaqda qalması üçün tərəfdaşların maliyyə dəstəyi lazımdır. Biz bu cür qısamüddətli yardımın həcmini növbəti altı ay üçün aylıq 4-5 milyard dollar həcmində qiymətləndiririk”, - Şmıqal bildirib.