"RİA Novosti” Luqansk vilayətinin Şastiye şəhəri yaxınlığındakı Ukrayna ordusuna məxsus dayaq məntəqəsinin görüntülərini nümayiş etdirib.
"DM" xəbər verir ki, dayaq məntəqəsindən reportaj hazırlayan jurnalist buranın Ukraynanın "Aydar” alayına məxsus olduğunu bildirib:
"Hazırda Şastiye şəhəri yaxınlığındayıq. Bura Ukrayna millətçilərinin döyüşsüz qoyub getdikləri mövqeləridir. Bu, Ukrayna silahlı birləşmələrinin möhkəmləndirilmiş blindajıdır”.