Danilov: Kadırov Putinə Zelenksiyə sui-qəsd təşkil edəcəyinə dair söz verib
21.04.2022
Ukraynaya hərbi müdaxilə zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Vladimir Zelenskiyə sui-qəsd təşkil edəcəyini söz verib.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "NV” radiosuna açıqlamasında deyib.
Danilov bildirib ki, bu barədə plan fevralın 3-də Kadırovun Putinlə görüşü zamanı müzakirə edilib və Çeçenistan rəhbəri bununla bağlı üzərinə öhdəlik götürüb.
O, Ukrayna kəşfiyyatının bu prosesləri izlədiyini vurğulayıb.