Rusiya Müdafiə Nazirliyinin elmi müəssisəsində dəhşətli yanğın: Ölən və yaralananlar var
21.04.2022
Rusiyanın Tver şəhərində Aerokosmik Müdafiə Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunun binasında yanğın baş verib.
İlkin məlumatlara görə, bir nəfər ölüb, daha 20 nəfər yaralanıb. Onların vəziyyəti dəqiqləşdirilir.
Ümumilikdə 30-a yaxın insan tibbi yardım üçün müraciət edib.
Zərərçəkənlərdən bəziləri tüstüdən zəhərləniblər, digərləri isə yanğından xilas olmaq üçün pəncərələrdən atıldıqları üçün travma alıblar.
Rusiya Müdafiə Nazirliyinin Tverdəki elmi müəssisəsinin əməkdaşları təxliyə ediliblər.
"Yanğının səbəbləri müəyyən edilir”, - deyə qarnizon komandanlığından bildiriblər.
İlkin ehtimallara görə, yanğın elektrik şəbəkəsinin qəzalı işləməsi səbəbindən baş verə bilər.
Mənbə: TASS