Borrel: “Avropa təhlükədədir, Ukraynanı dəstəkləməyə davam etməliyik”
21.04.2022
Avropa təhlükədədir, hazırda heç kim buna şübhə ilə yanaşmır.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib.
Onun sözlərinə görə, Ukrayna ətrafında mövcud vəziyyət İkinci Dünya Müharibəsindən bəri Avropada təhlükəsizlik sahəsində ən ciddi böhrandır.
Bu səbəbdən Borrel Aİ-yə üzv dövlətlərin müdafiə xərclərinin razılaşdırılmış şəkildə artırılmasının zəruriliyini qeyd edib.
"Biz yenidən sülh əldə etməyə imkan verəcək atəşkəs və danışıqlara nail olmalıyıq. Lakin (Rusiya Federasiyasının Prezidenti Vladimir) Putin buna hazır olana qədər biz Ukraynanı dəstəkləməyə davam etməliyik ki, o, özünü müdafiə etsin”, - deyə Aİ nümayəndəsi bəyan edib.
Mənbə: Gazeta.ru