Biznesmeni qaçıran şəxs “Lotu Quli”nin dostu “Dikiy Arman” imiş - FOTO
21.04.2022
Türkiyə hüquq-mühafizə orqanlarının İstanbul şəhərində ötən il Rusiya və Azərbaycandan olan biznesmen E.K. və D.A.-nın bir iqamətgahda zorla saxlanıldığı, Dubaydakı aktivlərinin və 1 milyon dollardan çox kriptovalyutalarının silahla müsadirə edildiyi hadisə ilə bağlı keçirilən əməliyyatında Qazaxıstan və Çeçenistandan olan səkkiz nəfər saxlanılıb.
İşgəncə hadisəsində və müxtəlif yaralama cinayətlərində istifadə edilən silahlar bir ünvanın çardağında və eyni ünvanda paltaryuyan maşının içərisindən götürülüb.
Hadisənin pərdəarxasındakı adın isə Qazaxıstanda cinayət təşkilatının lideri "Dikiy Arman” ləqəbli Arman Cumageldiyev və biznesmenləri iqamətgahına aparan A.J. olduğu müəyyən edilib.
Antalyada qətlə yetirilən "Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın dostu kimi tanınan "Dikiy Arman”ın daha əvvəl də bəzi kriminal hadisələrdə əli olduğu iddia edilib.
Saxlanılan səkkiz nəfərin Cumageldiyevin adamları olduğu iddia edilir.
Hazırda axtarışda olan kriminal avtoritetin hadisədən sonra ölkəsinə qayıtdığı düşünülür.
Mənbə: Sabah