21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyada hər doqquz nəfərdən biri AÇLIQ ÇƏKİR

12.09.2018

Son onillikdə aclığa qarşı mübarizədə beynəlxalq səylər ilk dəfə olaraq səmərəsiz qaldı və aclıq çəkən insanların sayı artdı.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatında deyilir ki, 2016-cı ildən 2017-ci ilədək planetdə aclıqdan əziyyət çəkən insanların sayı 17 milyon artaraq 804 milyondan 821 milyona çatıb. Bu məlumat təşkilatın "Dünyada ərzaq təhlükəsizliyi və qidalanma sahəsində vəziyyət - 2018” adlı məruzəsində yer alıb. Aclıq keçirən insanların sayı son üç ildə çoxalıb və keçmiş onilliklərin səviyyəsinə çatıb. Məruzədə qeyd olunur ki, 2030-cu ilədək dayanıqlı inkişafın "Sıfır aclıq” məqsədinə çatmaq üçün təcili tədbirlərin görülməsi vacibdir.
Beləliklə, Yer üzündə 7,44 milyard insanın yaşadığını nəzərə alaraq demək olar ki, orta hesabla 9 nəfərdən biri aclıq içindədir. Sənəddə göstərilib ki, Afrikada və Cənubi Amerikada ərzaq çatışmazlığı kəskin hiss olunur. Eyni zamanda, Asiyada aclığın aradan qaldırılması çox yavaşıyıb.
Tədqiqat müəllifləri bu cür dəyişiklikləri iki səbəblə - iqlim dəyişikliyi və hərbi münaqişə zonalarının genişlənməsi ilə əlaqələndirirlər.