Ptuşkinin Rusiyaya girişi 50 illik qadağan edilib
20.04.2022
Məşhur ukraynalı səyahət blogeri, "Aryol i reşka” proqramının keçmiş aparıcısı Anton Ptuşkinə 50 il müddətinə (2072-ci ilə qədər) Rusiyaya giriş qadağan edilib.
Kult.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Ptuşkin müharibə əleyhinə mövqeyinə və Putin rejimini tənqid etdiyinə görə qara siyahıya salınıb.
Qadağa 16 aprel 2022-ci ildən qüvvədədir.