Bayden Ukraynaya görə generalları toplayır
20.04.2022
Rusiyanın Ukraynaya qarşı müharibəsinin yeni mərhələyə qədəm qoyması və Vaşinqtonun hərbi yardımı artırmağı planlaşdırması fonunda ABŞ Prezidenti Co Bayden Ağ Evdə ölkənin ali hərbi rəhbərliyini illik toplantıya çağırıb.
Bu barədə "Röyters” məlumat yayıb.
Məlumata görə, toplantıda Pentaqon rəhbəri Lloyd Ostin, general Mark Milli, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və digər yüksək rütbəli zabitlər iştirak edəcək.