Kamran Əliyev prokuroru işdən çıxarıb - Yeni TƏYİNAT
20.04.2022
Baş Prokurorluqda kadr islahatı olub.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Daşkəsən rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad olunub.
K.Əliyevin digər əmri ilə o, Tovuz rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.