Saakaşvili çıxış edə bilməyib, zaldan təcili çıxarılıb
20.04.2022
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili məhkəmə prosesi zamanı çıxışını yarımçıq kəsib.
"DM" xəbər verir ki, görüntülər gürcü kanallarında canlı yayımlanıb.
Saakaşvili çıxışa başladıqdan az sonra dayanıb və həkimlərdən yardım istəyib:
"Məhkəməyə toplaşanları salamlamaq istəyirəm.... Mümkünsə, həkimin köməyinə ehtiyacım var”, - deyən Saakaşvili hüquq-mühafizə orqanlarının əməkdaşlarından onun ayağa qalxmasına köməklik göstərmələrini xahiş edib.
Saakaşvili həkimlərin yardımı ilə zaldan çıxarılıb və müayinəyə götürülüb.
Qeyd edək ki, bu gün Tiflis Şəhər Məhkəməsində keçmiş prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib.
Saakaşvili aclıq aksiyasını davam etdirir.