Rusiya və Belarus yük maşınları Finlandiyadan çıxarılıb
20.04.2022
Finlandiya gömrüyü Rusiya və Belarus qeydiyyat nişanlı 60 yük maşınını geri qaytarıb.
Bu barədə Finlandiya gömrük xidməti məlumat yayıb.
"AB-nin tətbiq etdiyi yeni sanksiyalara əsasən, 9 aprel tarixindən Rusiya və Belarus qeydiyyat nişanlı 60 yük maşını Finlandiya gömrüyündən geri qaytarılıb”, - məlumatda deyilir.
Bildirilib ki, AB-nin Rusiyaya qarşı əvvəlki sanksiyaları artıq sərhəddə gediş-gəlişi əhəmiyyətli dərəcədə azaldıb:
"Yeni sanksiyalar qüvvəyə mindikdən sonra nəqliyyat daha da azalıb. Ümumiyyətlə, şərq (Rusiya) sərhədində nəqliyyatın hərəkəti bir il əvvəllə müqayisədə demək olar ki, 90% azdır”.