Rusların ciddi itkiləri var, yük maşınları meyit daşıyır
20.04.2022
Luqansk vilayətində rus işğalçılarının hücumları və müdafiəni yarıb keçmək cəhdləri uğursuzluqla nəticələnir.
Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Rusların bütün həmlələri, müdafiəmizi yarıb keçmək cəhdləri uğursuz alınıb. İtkiləri çoxdur, xəstəxanalar yaralı ruslarla doludur, "Kamaz”lar Luqanska daha çox meyit aparırlar. Texnikaları döyüş meydanında qalıb. Ciddi itkiləri var”, - Qayday bildirib.