2018-ci ildən büdcə profisitlə icra olunacaq - "Fitch”
03.02.2018
"Ölkənin tədiyyə balansı yaxşılaşmağa başlayıb”.
Bu barədə "APA-Economics” "Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.
Bildirilir ki, neft qiymətlərinin yüksəlməsi ilə tədiyyə balansı 2017-ci ilin 2-ci rübündən etibarən profisitə keçib. Hesablamalarımıza görə, il sonuna profisit 3,1%-ə yüksələcək. Nəticədə, xarici valyuta ehtiyatları 22% artıb, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri isə 2017-ci ilin sonuna 35,8 milyard dollara yüksəlib ki, bu da ötən il ÜDM-in 87,4%-nə bərabər olub. 2016-cı ildə isə Neft Fondunun aktivləri 33,1 milyard dollar olub. Düşünürük ki, neft qiymətlərinin sabitləşməsi və 2019-cu ildə yeni fiskal qaydalar əsasında dövlət büdcəsinə nəzərdə tutulan transfertlərin məhdudlaşdırılması ilə Fondun aktivlərinin həcmi artmaqda davam edəcək, ” – deyə məlumatda bildirilir.
Hesabatın müəllifləri qeyd edir ki, kapital xərclərinin artmasına baxmayaraq, neft qiymətlərinin yüksəlməsi nəticəsində 2018-ci ildən büdcə profisitlə icra olunacaq.
DM