Britaniya kəşfiyyatı: Donbasda döyüşlər şiddətlənir
20.04.2022
Rusiya Ukraynanın şərq sərhədində ordusunu gücləndirməyə davam edir.
"DM"xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb.
"Rusiya Ukraynanın şərq sərhədində hərbi gücünü artırmağa davam edir. Donbasda döyüşlər getdikcə güclənir. Ruslar Ukraynanın müdafiəsini yarmağa çalışırlar”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya qoşunlarının Kiyevin şimalından çıxarılmasından sonra Ukraynaya hava hücumu təhlükəsinin azalacağı ehtimal edilirdi:
"Amma yenə də bütün Ukrayna ərazisində prioritet hədəflərə yüksək dəqiqlikli zərbələr endirilməsi təhlükəsi qalmaqdadır”.