Bakı sakinini evində əllərini iplə bağlayıb , qarət ediblər
19.04.2022
Bakının Ələt qəsəbə sakini evində döyülərək qarət edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3 800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.