Yunanıstan da Rusiyadan qaz nəqlini dayandırır
19.04.2022
Rusiyadan qaz nəqlinin tamamilə dayandırılmasına hazırıq.
Bunu Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Revitus adasındakı mayeləşdirilmiş təbii qaz terminalında olarkən deyib.
"Konsorsium Revitusun imkanlarını əhəmiyyətli dərəcədə artırmaq üçün əlavə investisiyalar qoymağa hazırdır. Bu, son dərəcə vacibdir, çünki ölkə Rusiyadan qaz nəqlinin tamamilə dayandırılmasının ən pis ssenarisinə hazır olmalıdır və biz buna hazır olacağıq”, - Miçotakis bildirib.
Qeyd edək ki, Revitusdakı mayeləşdirilmiş təbii qaz terminalı Yunanıstanda və bütün Cənub-Şərqi Avropa regionunda ən mühüm enerji infrastrukturlarından biridir.