Şoyqu: Rusiya Şimal donanmasını gücləndirir
19.04.2022
2022-ci ildə Şimal donanmasının sahil qoşunlarının döyüş potensialı 1,5 dəfə artırılacaq.
"DM" xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi Şimal donanması qüvvələrinin döyüş qabiliyyətinin artırılmasını davam etdirəcək.
"Bu planların həyata keçirilməsi 14-cü ordu korpusunun döyüş qabiliyyətini mərhələli şəkildə artırmağa, sahil qoşunlarının döyüş potensialını təxminən 1.5 dəfə gücləndirməyə, ölkənin şimal sərhədlərinin etibarlı müdafiəsini və suverenliyini təmin etməyə imkan verəcək”, - Şoyqu bildirib.