Peskov: Paşinyan Moskvada “xeyli saziş” imzalayacaq
19.04.2022
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı əməkdaşlığa dair sənədlər paketinin imzalanması planlaşdırılır.
"DM" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O xatırladıb ki, Paşinyanın bu gün Rusiya lideri Vladimir Putinlə görüşü planlaşdırılıb:
"Sonra Paşinyan Rusiya hökuməti səviyyəsində çox intensiv təmaslar planlaşdırır. Orada bütün sənədlər paketi imzalanacaq”, - Peskov bildirib.
Qeyd edək ki, daha öncə Paşinyanın səfəri zamanı rusiyalı həmkarı Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüş keçirəcəyi bildirilmişdir.