ABŞ-da 1,5 milyon insan evakuasiya edildi
11.09.2018
Florensiya qsırğası ABŞ-ın Şimali Karolina ştatının sahillərinə doğru sürətlə hərəkət edir.
"Dövran Media" xəbər verir ki, bu dəhşətli fəlakətlə əlaqədar 1,5 milyon vətəndaşın yerli vaxtla səhər saat 8-dən etibarən təxliyə olunması haqda qərar qəbul edilib.
Qasırğa ilə əlaqədar Şimali Karolina, Cənubi Karolina, Virciniya və Merilend ştatlarında fövqəladə vəziyyət elan edilib.
Dördüncü kateqoriyaya aid edilən qasırğanın cümə axşamı 220 km/saat sürətindən də artıq sürət yığaraq ABŞ sahillərinə çıxacağı ehtimal edilirdi.
Qeyd edək ki, keçən il bu cür dəhşətli təbii fəlakətlərin vurduğu zərəri hesaba qatan Karolina sakinləri elə həmin vaxtdan ehtiyat yığmağa başlayıb.