Qırğız Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb
19.04.2022
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb.
"DM” dövlət başçısının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Japarov Azərbaycan Prezidenti İlham Əlıiyevlə, Milli Məslisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq, işgüzar dairələr nümayəndələri ilə görüş keçirəcək. Danışıqlarda iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və sair sahələrdə iki və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Qırğız Respublikası nümayəndə heyətində xarici işlər naziri Ruslan Kazakbayev, Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Jeyenbek Qulubayev, kənd təsərrüfatı naziri Əsgərbek Canıbekov, rəqəmli inkişaf naziri Talantbek İmanov, nəqliyyat və rabitə naziri Erkinbek Osoyev, iqtisadiyyat naziri Daniyar Amangəldiyev var.