“Samsunq” ukraynalılar üçün pulsuz xidmətə başlayıb
19.04.2022
Cənubi Koreyanın "Samsunq” şirkəti Ukraynadan olan müştəriləri üçün texnikaları pulsuz təmir edəcək.
"DM" xəbər verir ki, bu barədə "Korea Herald” məlumat yayıb.
Məlumata görə, şirkət xidmət mərkəzlərinin fəaliyyət göstərə bilmədiyi ərazilərdə yaşayan müştərilərin mobil cihazlarını təmir üçün götürəcək və sonra onları geri təhvil verəcək.
Smartfonlar, planşetlər və smart saatlar daxil olmaqla, bütün "Samsunq” mobil cihazlarının təmir xərcləri şirkət tərəfindən ödəniləcək.