“Tərtər işi”ndə ölən hərbçiyə BƏRAƏT VERİLİB
19.04.2022
"Tərtər işi” ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş hərbçi Elçin Quliyevə bəraət verilib.
Bu barədə onun anası Validə Əhmədova bildirib.
Qeyd edək ki, E.Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat taqımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. O, 2017-ci il ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.