BMT Ukraynada atəşkəsə inanmır
19.04.2022
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukrayna və Rusiya arasında atəşkəslə bağlı uğurlu danışıqların mümkünlüyünü qiymətləndirib. Onun fikrincə, qarşıdakı həftələrdə hərbi əməliyyatların dayandırılacağına ümid etmək lazım deyil.
"Hələ ki, üfüqdə atəşkəs görünmür... Bəlkə, bir neçə həftə sonra”, - deyə o proqnozunu verib.
Qriffits həmçinin əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək. Orada sülh prosesinin təşviqi üçün mümkün yollar müzakirə olunacaq.
O bildirib ki, Ukrayna humanitar məsələlərlə bağlı təkliflərin əksəriyyətini qəbul edib, lakin Rusiya heç bir cavab verməyib.
Mənbə: 24TV