Kreml: “Ermənistanla Rusiya arasında sənədlər paketi imzalanacaq”
19.04.2022
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O xatırladıb ki, Paşinyan çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
"Bundan sonra Paşinyanın Rusiya hökuməti səviyyəsində çox intensiv təmasları planlaşdırılıb. Elə orada sənədlər paketi imzalanacaq”, - deyə Peskov bildirib.
Mənbə: RİA Novosti