Metronun “Xocasən” stansiyası nə vaxt istifadəyə verilir?
19.04.2022
2022-ci ilin sonuna qədər Bakı Metropoliteni QSC-nin "Bənövşəyi xətt”in yerüstü stansiyası olan "Xocasən” sərnişinlərin istifadəsinə veriləcək.
Bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
"2016-cı il aprelin 19-u Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü – "Bənövşəyi xətti”nin açılışı olub.
Bənövşəyi xətt iki stansiya ilə ("Avtovağzal” və "Memar Əcəmi”) istifadəyə verilib. Hazırda xəttin 3 stansiyası var”, - deyə açıqlamada bildirilib.