20:08:15 17 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Yaxın günlərdə hava necə olacaq?

19.04.2022

Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir.

Havanın temperaturu normadan 2-4.5° yüksək olub. Bu gün, gün ərzində sabit hava şəraiti davam edəcək, lakin Cənub-qərb küləyi arabir güclənəcək, 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək.

Bölgələrdə 20-si gündüzdən 22-dək arabir yağıntılı olacaq.Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.