Rusiya terrorçu dövlət siyahısına salına bilər
19.04.2022
ABŞ Dövlət Departamenti Rusiyanın terrorçuluğu maliyyələşdirən dövlət siyahısına salınmasını istisna etmir.
Bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.
"Biz faktları, qanunları diqqətlə öyrənirik. ABŞ effektiv və məqsədəuyğun olduğu müddətcə qanun çərçivəsində istənilən səlahiyyətləri həyata keçirəcək”, - Prays bildirib.
Qeyd edək ki, ABŞ Şimali Koreya, Kuba, İran və Suriyanı terroru maliyyələşdirən dövlətlər kimi tanıyır.