Çavuşoğlu: “İdliblə bağlı razılıq əldə olunmayıb”
11.09.2018
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu İdlib məsələsində razılığa gələ bilmədiklərindən şikayətlənib.
"Dövran Media" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çavuşoğlu məsələnin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini ifadə edib.
O, Suriyanın ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini qeyd edərək, məsum insanları öldürməklə buna nail olunmasına qarşı çıxıb.
Nazir həmçinin bu sahədə dəfələrlə görüşlərin keçirilməsinə rəğmən heç bir irəliləyişin olmadığına diqqət çəkərək təklif verib.
"Təklifimiz - hücumlar dayandırılsın. Terror qruplaşmalarının məhv edilməsi üçün birgə fəaliyyət göstərək” – Çavuşoğlu bildirib.
Rumıniyada baş tutan Türkiyə, Rumıniya və Polşa xarici işlər nazirlərinin birgə görüşündə türkiyəli nazir digər ölkələrə Əsəd rejiminə qarşı birgə mübarizə aparmaq üçün çağırış edib.