Qayday: Artıq hücumlar başlayıb, vəziyyət ağırdır
19.04.2022
Gecə ərzində Ukrayna hərbçiləri Popasnaya və Rubejnoe istiqamətində düşmənin hücumlarını dəf ediblər.
"DM" xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Artıq hücumlar başlayıb, vəziyyət ağırdır, amma müdafiəçilərimiz müdafiə xəttini saxlayırlar. Düşmənin onlarla canlı qüvvə itkisi var, hərbçilərimiz düşmənin "Orlan-10” PUA-sını və ağır texnikalarını vurublar”, - Qayday bildirib.
Onun sözlərinə görə, düşmənin gecə hücumları, aviazərbələri artıb, amma heç bir uğur qazana bilməyiblər.