"Ukraynaya silah verməyə davam edəcəyik"
19.04.2022
Fransa Ukraynaya müdafiə silahları verməyə davam edəcək.
"DM" xəbər verir ki, bunu Fransa Nazirlər Kabinetinin rəsmisi Qabriel Attal deyib.
"Biz müharibəyə son qoymağa çalışmaq üçün bütün faydalı təşəbbüsləri davam etdirəcəyik. Bu o deməkdir ki, Kiyevə həm humanitar yardım edəcəyik, həm də müdafiə silahları verəcəyik”, - Attal bildirib.