Bu dəmir yolları birləşdirilir
11.09.2018
Seul və Pxenyan dəmir yollarının birləşdirilməsi üzərində işləyirlər.
"Dövran Media"nın məlumatına görə, bunu Koreya Respublikasının ərazi, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Çjon Rel Vladivostokda keçirilən Beynəlxalq iqtisadi forumda çıxışı zamanı bəyan edib.
O qeyd edib: "Bizim ölkələrimiz dəmir yollarının birləşdirilməsi üzrə işləri yerinə yetirirlər. Hazırda bu layihə çərçivəsində birgə araşdırma aparılır, həmçinin Hasan-Racin məntəqəsində konkret iş görülüb".
Nazir, həmçinin Koreya Xalq Demokratik Respublikası və Rusiya ilə birləşmiş dəmir yolları infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayıb.