21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Azov” alayı Mariupoldakı əməliyyatın görüntülərini yayımlayıb

18.04.2022

Ukraynanın "Azov” alayı Mariupol şəhərini ələ keçirməyə çalışan Rusiya hərbçilərinin zərərsizləşdirilməsi görüntülərini paylaşıb.

"DM” xəbər verir ki, dron vasitəsilə çəkilən video alayın rəsmi teleqram kanalında yayımlanıb.

"Mariupolun müdafiəsi davam edir. Düşmənin böyük qüvvələrinə baxmayaraq, "Azov” alayının döyüşçüləri əks-hücuma keçir”, - kanalda qeyd olunub.

Xatırladaq ki, şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, "Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirlər.

Şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin "Azov” alayıdır. Şəhər martın 1-dən bəri mühasirədədir. Bununla belə, Rusiya Silahlı Qüvvələri şəhəri tam ələ keçirə bilməyib.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş "Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi "Azov”u "neonasist qruplaşma”, "ksenofob” dəstə kimi qələmə verir.