Xərçəng olan jurnalistlə bağlı kampaniya BAŞLADILDI
11.09.2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən leykoz xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı haqqında məqalə yaradılıb.
Bu barədə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.
E.Eltürk bundan başqa Nigar İsmayılqızının müalicəsi üçün kampaniya başladıldığını da bildirib.
"Kampaniyaya millət vəkilləri, tanınmış ədəbiyyat, mədəniyyət xadimləri qoşulublar. Kampaniya ilə bağlı hesab nömrəsi açılıb”, - E.Eltürk deyib.