Son sutkada cəmi 3 nəfər koronaya yoluxub
18.04.2022
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 126 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 954, bu günə qədər isə ümumilikdə 6 771 851 test icra olunub.