BMT 5 milyonadək ukraynalının qaçqın düşdüyünü açıqlayıb
18.04.2022
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra 4,9 milyondan çox insan bu ölkəni tərk etmək məcburiyyətində qalıb.
"DM” "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarının ofisinin portalında dərc olunmuş məlumatlardan bəlli olur.
Məlumata görə, 2,7 milyondan çox insan Polşa, 743 min ukraynalı Rumıniya, 522,4 minədək sakin Rusiya ərazisinə keçib. Bundan başqa, 461 mindən çox ukraynalı qaçqın Macarıstanda, 423,8 min nəfər Slovakiyada məskunlaşıb.
BMT-nin hesablamalarına görə, Ukraynanı tərk etmiş daha 23,4 minədək sakini Belarus qəbul edib.