Səfir: “Moskva və Vaşinqton daha tərəfdaş deyil”
18.04.2022
Moskva və Vaşinqton daha tərəfdaş deyillər.
Bunu "Politico”ya müsahibəsində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
O, Moskva və Vaşinqtonun artıq tərəfdaş olmadığını qeyd edib.
Səfir vurğulayıb ki, ABŞ Rusiyanın onlar üçün tərəfdaş, rəqib və ya düşmən olmasına qərar verməlidir.
"Mən hələ də əminəm ki, biz tərəfdaş olmalıyıq. Əvvəllər mən deyərdim ki, biz tərəfdaşıq. İndi təəssüf ki, belə deyil”, - Antonov əlavə edib.