Mədət Quliyevin rəhbəri olduğu federasiyanın adı dəyişdirilb
18.04.2022
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı və loqotipi dəyişdirilib.
Federasiyadan verilən məlumata görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.
Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin "İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.
Qeyd edək ki, federasiyanın rəhbəri müdafiə sənayesi naziri Mədət Quliyevdir.