21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Başlıbel qətliamının şahidləri danışıblar - VİDEO

18.04.2022

Kəlbəcər sakinlərinin başına gətirilən Başlıbel və "Tunel” faciələrindən 29 il ötür.

Baku TV-nin çəkiliş qrupu hadisə şahidləri ilə birgə hər iki faciənin baş verdiyi ərazilərdə olub, həmin tarixlərə nəzər salıb.

1993-cü ilin aprelində Kəlbəcərin ermənilər tərəfindən işğalı ayrı-ayrı qanlı-qadalı hadisələrlə müşayiət edilib ki, onlardan biri də rayonun Başlıbel kəndində yaşanıb. Kəndi tərk etməyən sakinlər son anda xilas olmağa çalışarkən düşmənin mühasirəsi ilə üzləşiblər. Onların bir qismi qətlə yetirilib, bəziləri isə kənddən iki-üç km aralıdakı dağlarda olan kahalara sığınıblar.

Kəlbəcərdə insanlıq əleyhinə törədilən cinayət təkcə Başlıbel faciəsi ilə bitmir. 1993-cü ilin martında Xocalı faciəsindən sonra sayca ikinci ən böyük qətliam baş verir. Belə ki, ermənilərin Kəlbəcərin rayon mərkəzi ilə 37 kəndini birləşdirən tuneli nəzarətə götürmələri tunelin o tayında qalan insanlar üçün faciəyə səbəb olur. Martın 31-də aralarında həm Kəlbəcər, həm Laçın sakinlərindən ibarət 53 nəfər tunelin qarşısında ermənilər tərəfindən qətlə yetirilir, bəziləri isə diri-diri yandırılır.

Həmin dəhşətli hadisələrdən qurtulmağı bacaranlar baş verənlər haqda Baku TV-nin çəkiliş qrupuna danışıblar.

Daha ətraflı süjetdə: