AB ölkələri limanlarını Rusiya gəmiləri üçün bağlayıb
18.04.2022
Avropa Birliyinin bütün ölkələri öz limanlarını Rusiya gəmiləri üçün bağlayıb.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"AB-nin ruslara qadağa ilə bağlı direktivi qüvvəyə minib. Bu qadağa Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərə şamil edilir”, - Yermak bildirib.
O əlavə edib ki, müəyyən istisnalar var və məhdudiyyət SOS siqnalı (Mayday) göndərən gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərarlar fərdi qaydada qəbul ediləcək.