Tonoyan : Nikol yalan deyir, orduda problem olduğunu bilirdi
18.04.2022
Baş nazir Nikol Paşinyanın Ermənistan ordusunda dəbilqə və qoruyucu jilet problemi barədə ilk dəfə müharibədən bir neçə gün sonra öyrənməsi ilə bağlı bəyanatı yalandır.
"DM" xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.
"Baş nazir Nikol Paşinyan bildirib ki, müharibədən bir neçə gün sonra ilk dəfə orduda dəbilqə və qoruyucu jiletlərlə bağlı problem olduğunu öyrəndim. Bütün məsuliyyətimlə bildirirəm ki, Ermənistan ordusunun silah-sursatına və hərbi texnikasına, həmçinin dəbilqə və qoruyucu jiletlərə dair məlumat Ermənistan hökuməti tərəfindən sonuncu dəfə təsdiq edilmiş "Silah və hərbi texnikanın inkişafı proqramı”nda ətraflı şəkildə təqdim olunub. Bu təsdiq Nikol Paşinyanın dövründə reallaşıb”, - o bildirib.