Rezniçenko : Raketlərin 60 faizi vurulub
18.04.2022
Dnepropetrovsk vilayətində gecə nisbətən sakit keçsə də, rus ordusu səhər saatlarından etibarən vilayəti raket atəşinə tutmağa başlayıb. Amma atılan raketlərin 60%-i Ukrayna HHM qüvvələri tərəfindən vurulub.
"Devran Media" xəbər verir ki, bu haqda vilayətin rəhbəri Valentin Rezniçenko özünün rəsmi Teleqram səhifəsində açıqlama paylaşıb.