Mariupolda məscidə sığınanlar şəhərdən çıxarılıblar
18.04.2022
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, Mariupoldakı məscidlərdən birində köməksiz vəziyyətdə qalan insanların təhlükəsiz şəkildə ərazidən çıxarılmasına şərait yaradılıb.
Yayılan məlumatda vurğulanır ki, məscidə sığınan şəxslər arasında Türkiyə vətəndaşlarından əlavə, MDB ölkələrindən olan mülki insanlar, həmçinin azərbaycanlılar da olublar.
Qeyd edək ki, məsələyə bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da münasibət bildirmişdi.
O, bir qrup türkiyəli vətəndaşın Mariupoldakı məscidə sığındığını bildirmişdi.
Türkiyənin XİN başçısı məscidin bombalanması ilə bağlı yayılan xəbərləri təkzib etmişdi:
"İmamla danışmışıq, o, bunu bizə təsdiq etmədi. Onun sözlərinə görə, məscidə heç bir ziyan dəyməyib”.
Məlumat üçün qeyd edək ki, Mariupoldakı sözügedən məscidin açılışı 2007-ci il oktyabrın 15-də baş tutub. Məscidin açılışında Türkiyədən yüksək vəzifəli şəxslər də iştirak ediblər.
Məscid Qanuni Sultan Süleyman və Xürrəm Sultan şərəfinə ucaldılıb.
Mənbə: Realnoevremya